Bərdədə silah satan şəxslər tutulub.

Unikal.org xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, 43 yaşlı Şikar Məmmədov 1 ədəd "AK markalı silahı güllələri ilə birgə satarkən saxlanılıb.

Araşdırmalar zamanı onun silahı Laçın rayon sakini Tacir İsgəndərovdan aldığı müəyyənləşib. T. İsgəndərov da tutulub.

Faktla bağlı araşdırma aparılır.