Lənkəran Şəhər İcra Hakimiyyətində prezidentin müvafiq fərmanı ilə təsdiq olunmuş "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

İH-dən unikal.org-a daxil olan xəbərdə bildirilir ki, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sədrliyi ilə keçən müşavirədə aparatın kollektivi, aidiyyəti sahəyə məsul şəxslər, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. İcra başçısı sözügedən qanunun icrası ilə bağlı şəhər İcra hakimiyyətinin xətti ilə həyata keçirilən təşkilati-nəzarətedici tədbirlər barədə ətraflı məlumat verib. O, qanunun hər bir dövlət məmuru tərəfindən diqqətlə öyrənilməsinin vacibliyini qeyd etməklə yol verilən nöqsanların təkrarlanmaması üçün hər bir vəzifəli şəxsin rəhbərlik etdiyi sahədə kompleks tədbirlər görməsini və cavabdeh şəxslərin məsuliyyət hissinin artırılmasını tələb edib.

T. Qaraşov son illərdə rayonda həyata keçirilən sosial layihələr, məktəb, xəstəxana, yol-körpü tikintisi, kütləvi qazlaşma, içməli su xəttinin çəkilişi, çoxmərtəbəli yaşayış binalarının əsaslı təmirinin vətəndaşın çoxillik arzusu olduğunu, bunların prezidentin yaxından diqqəti və qayğısı ilə başa gəldiyini və dövlətin öz vətəndaşlarına xidmətinin bariz nümunəsi olduğunu söyləyib.

İcra başçısı məsuliyyətin artırılmasını tələb etdi