Helsinki Universitetinin alimləri bildirirlər ki, xarici dil öyrənmək insan beyninin elastikliyini və onun informasiyanı kodlaşdırmaq qabiliyyətini artırır.

Unikal.org-un məlumatına görə, tədqiqatda qeyd edilir ki, insan nə qədər çox xarici dil öyrənsə, onun beyni öyrənmə prosesində toplanan məlumata bir o qədər çevik reaksiya verir və həmin informasiya ilə bir o qədər səmərəli işləyə bilir. Aparılan eksperiment zamanı məlum olub ki, insan nə qədər çox dil bilirsə, onun beynində təzə sözlər haqqında informasiyanı kodlaşdıran neyron şəbəkəsi bir o qədər sürətlə formalaşır. Deməli, bu yeni məlumatlar beynin fiziologiyasının təkmilləşməsinə stimul yaradır və beyində çoxlu yeni biliklər formalaşır.