İmmunitet - orqanizmin müqavimət göstərmə qabiliyyətidir. İmmun sistemi yabancı hüceyrələri, müxtəlif infeksiyaları və virusları zərərsizləşdirib, daha sonra onları məhv edir.

Unikal.org xəbər verir ki, insanın immun siteminin, demək olar ki, yarısı irsiyyətdən, qalan yarısı isə həyat tərzindən asılıdır. İnsanın immuniteti 3 əsas məqamdan asılıdır: sağlam yuxu, fiziki işlər və balanslaşdırılmış qidalanma.

Adətən insan immun sistemin rolundan və imkanlarından o zaman fikirləsir, haçan ki, o artıq ağır soyuqdəymə xəstəliyi ilə üzləşir. Halbuki belə bir soyuqdəymə xəstəliyi immun çatışmazlığın nəticəsində əmələ gəlir.

İmmun çatışmazlığın əlamətləri:Tez-tez soyuqdəymə xəstəlikləri, uzun müddət qızdırmanın artması, xronik yorğunluk, oynaqlarda və əzələlərdə ağrılar, yuxunun pozulması, tez-tez baş ağrısı - bunların hamısı immun sisteminin işində olan pozulmalar barədə bəhz edir. Belə olduqda orqanizmin müdafiəsi üçün dərhal həkimə müraciət etmək lazımdır.Odur ki, sağlamlığın qorunması və immun sisteminin möhkəmləndirilməsi ilə hamı məşqul olmalıdır, xüsusilə yaz ərəfəsində, çünki bu zaman insan orqanizminin xüsusi dəstəyə ehtiyacı var.

İmmun sistemini bərpa etmək və saxlamaq üçün müxtəlif immunmöhkəmləndirici vasitələrdən istifadə etmək olar, yalnız digər çoxsaylı əlavə üsullar da mövcuddur.

1) Qıtığotu, krevetkalar və dəfnə yarpağı: Məhz qidalanma - viruslar və xəstəliklərə qarşı müdafiədir və mühüm bir faktordur, hansı ki, orqanizmin müdafiə qüvvələrinin yaxşılaşdırılmasına kömək edir. Qidalanma kəmiyyət və keyfiyyət baxımından maksimal dərəcədə rasional olmalıdır. Sizin menyuda heyvan və bitki mənşəli zülallar olmalıdır. Heyvan zülalları ətdə, balıqda, yumurtada və süddə olur, mənşəli zülallar isə - noxudda, lobyada, qarabaşaq və yulaf yarmalarında. İmmun sisteminin işinə mal ətinin qaraciyəri, krevetkalar, midiyalar və kalmarlar yaxşı təsir göstərir.

Müstəqil surətdə immunmöhkəmləndirici vasitələrdən heç bir halda istifadə etmək olmaz. Bu prepatları təyin etmək üçün, həkim mütləq bunları etməlidir: əvvəlcədən əmin olmalıdır ki, standart terapiya heç bir nəticə verməyib, xəstənin immunoqramasını nəzərdən keçirməlidir;immunmöhkəmləndirici vasitələrin istifadəsi sahəsində uzun müddətli təcrübəyə malik olmalıdır.

2) İmmun sistemini ədviyyatlar yaxşı qoruyur - zəncəfil, zərinc, mixək, keşniş toxumu, darçin, reyhan, hil, sarıkök, dəfnə yarpağı və qıtığotu.

3) İmmun sisteminin möhkəmləndirilməsi üçün vitaminlər və mikroelementlər lazımdır. Onların azlığını multivitamin komplekslərin vasitəsilə tamamlamaq olar, amma daha yaxşı üsul ondan ibarətdir ki, bu maddələr təbii yol ilə orqanizmə daxil olsun.

"A" vitaminini kökdən, üzümdən, göyərtidən, həmçinin bütün qırmızı və narıncı rəngdəolanmeyvə və tərəvəzlərdən almaq olar. "C" vitamini sitrus bitkilərində - itburnuda, quşüzümündə, mərsində, kələmdə, xüsusilə turş kələmdə,"E" vitamini günəbaxan, zeytun və qarğıdalı yağlarında,"B" qrupunun vitaminləri daha çox paxlalılarda, yarmalarda, yumurtada, hər hansı bir göyərtidə və qozda olur.

Mikroelementlərdən immun sisteminə sink və selen müsbət təsir edir. Sink balıqda, ətdə, qaraciyərdə, qozda, lobyada və noxudda, selen isə balıq məhsullarında və sarımsaqda olur.

4) Mineral maddələr (dəmir, mis, maqnezium, sink) qaraciyərdə, tumurcuqda, qozda, şokoladda və paxlalılarda olur.

5) Qırmızı şərab: Siqaret və spirtli içkilər immun sistemini məhv edir. Təbii ki, siqareti tərqitmək lazımdır, içkiyə gəldikdə isə, onu demək lazımdır ki, gündə 50-100 (bu miqdardan artıq yox) qram quru qırmızı şərab immun sistemi üçün faydalıdır.

6)Soyuqa öyrəşmək: Bərkimə üsulu hamıya məlumdur, yalnız əksəriyyət əmindir ki, bərkimə - qarın üstündə çılpaq çəkildə gəzmək deməkdir. Əslində isə, bərkimənin mahiyyəti selikli membranların temperaturun kəskin surətdə dəyişməsinə uyğunlaşmasıdır.

7) Məşq ən sadə olur, və növbə ilə isti və soyuq suyu biləkdən dirsəyə qədər tökməkdən ibarətdir. Soyuq suyun temperaturu müsbət 20 dərəcə, isti suyun temperaturu isə - müsbət 35 dərəcə olmalıdır. Fərqin qöstəricisi 15 dərəcədən nə çox, nə də az olmamalıdır. Bu məşqləri hər gün, səhər və axşam 5-7 dəqiqə ərzində etmək lazımdır. Xüsusilə uşaqlar üçün belə məşqlər çox faydalıdır.

8) Stress immun sisteminin əsas sayılan düşmənlərindən biridir. Ən qorxulu stress - idarəolunmayan stresin növüdür, haçan ki, insan emosiyaları ilə bacara bilmir. Belə haldan azad olmaq üçün bütün baş verən hadisələrə arxayın yanaşmaq lazımdır. Və tez-tezözünüz üçün xatırladın ki, siz baş vermiş hadisəni dəyişə bilmirsizsə, onu elə olduğu kimi qəbul etmək lazımdır.

9) Gülüş: Əgər siz arabir stress keçirdirsizsə, bu halda stresi gülüş ilə kompensasiya edin. Gülüş insanın orqanizminə, fiziki məşqələlər kimi, müsbət təsir göstərir. Gülüş qan təzyiqini azaldır və immun sistemini möhkəmləndirir. Bundan əlavə, gülüş iştahanı yaxşılaşdırır, xolesterolun səviyyəsini azaldır, diabet və ürək-damar sistemin xəstəliklərin riskini xeyli azaldır.

10) Pişik saxlayın! Hesab olunur ki, pişiklər insanların immun sisteminə müsbət təsir göstərirlər, ürək xəstəliklərdən qoruyurlar, əsəb sistemini sakitləşdirirlər.