ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsa yolladığı "Curiosity Rover" aparatı "Qırmızı planet"in səthinin unikal görüntülərini çəkib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, görüntülər Qeyl kraterində çəkilib.

"Curiosity Rover" 360 dərəcəli çəkilişlə Marsın səthini və kraterin yanındakı Şarp dağını göstərib.