Türkiyədə 3 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Aydın vilayətinin Efelər rayonunda toydan qayıdan minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində yaralanan şəxslərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada vəfat edib.

Qəzadan sonra Aydın-Muğla yolunda hərəkət məhdudlaşdırılıb.
 
Bildirilir ki, qəzadan ölənlərin hamısı toydan qayıdan avtomobildə olanlardır.

Milli.Az