Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, terror hadisəsi nəticəsində 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

**

Yaralıların yerləşdirildiyi xəstəxanadan açıqlanan son məlumata görə, Türkiyədə baş verən terror nəticəsində ölənlərin sayı 50-yə çatıb. Toyun əsas səbəkraları gəlin Besna, bəy Nurettin Akdoğanın səhəti normaldır və hər ikisinin həyatı təhlükəsi yoxdur.