"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi avqustun 20-də Türkiyə vaxtı ilə saat 8.28-də havaya qalxandan 40 dəqiqə sonra uçuş etdiyi İstanbul Atatürk Hava Limanına dönməyə məcbur olub. Buna səbəb təyyarənin salonunda sahibsiz mobil telefonun tapılması olub.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, Bolqarıstan səmasından geri qayıdan İstanbul-London reysi ilə uçan hava gəmisinin göyərtəsində 383 sərnişin olub. Eniş problemsiz başa çatıb. Hələlik təyyarədə aparılan axtarışın nəticəsi barədə məlumat verilmir.