Türkiyədə antiterror əməliyyatları davam etdirilir.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, ötən gecə Ağrının Sinek yaylasında antiterror əməliyyatları zamanı bir qrup PKK terrorçusu hərbçilərə atəş açıb.
Ağrı Valiliyi 3 hərbçinin yaralandığı, 1 terrorçu öldürüldüyünü açıqlayıb. Yaralı əsgərlərdən birinin durumu ağırdır. Bölgədə geniş miqyası əməliyyatlar davam etdirilir.