Çin Xalq Azadlıq Ordusunun generalı Çen Tzse intihar edib.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, insident Şençjen şəhərində qeydə alınıb.

54 yaşlı general-mayor orduda siyasi komissar vəzifəsində çalışırmış.
Son həftə ərzində Çin ordusunun üç yüksək rütbəli zabiti özünə qəsd edib. Müşahidəçilər bunu ordu sıralarında aparılan korrupsiya araşdırmaları ilə əlaqələndirir.