ABŞ Ədliyyə nazirliyinin nümayəndə heyəti yaxın günlərdə Fəthullah Gülənin işi üzrə ittihamlarla tanış olmaq üçün Türkiyəyə səfər edəcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyinə Obama administrasiyasındakı mənbə bildirib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiyası üçün rəsmi Vaşinqtona bütün lazımi sənədlər və materiallar daxil olmaqla rəsmi sorğunun göndərildiyini bildirib.