ABŞ İncirlik hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə təsdiqləyib.

Unikal.org APA-ya istinadən bildirir ki, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra İncirlikdə olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib.

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Debora Li Ceyms bununla bağlı açıqlama verərək İncirlik Hərbi hava bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib.

Bununla o, İncirlikdə ABŞ-ın nüvə silahlarının olduğunu da rəsmən təsdiqləmiş olub.