Çadranın, yaxud niqabın geyilməsinə tam qadağa qoyulması Almaniya qanunvericiliyinə ziddir. Bu səbəbdən qadağa qismən ola bilər.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib. O deyib ki, qadınların üzünü tam bağlaması alman cəmiyyətinə inteqrasiyanın qarşısında maneə ola bilər.

Merkelin sözlərinə görə, "üzünü tam bağlayan qadının, çətin ki, Almaniyaya inteqrasiya şansı var". Ancaq niqab, çarşab və çadranın tam qadağasından əvvəl bütü siyasi və hüquqi aspektləri ölçmək lazımdır. Bu məsələlərlə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer məşğul olur.

Daha əvvəl Ştutqartda çıxış edən Tomas de Mezyer demişdi ki, qadağa Almaniya konstitusiyasına zidd olduğundan yalnız fərqli hallarda tətbiq oluna bilər.