Türkiyənin Ordu vilayətinin Gölköy rayonunda PKK terrorçularına qarşı əməliyyat başlanıb.

Unikal.org axar.az-a istinadən bildirir ki, iyulun 31-də hərbçilərə hücum edən 5 terrorçunun tapılması məqsədi ilə başlanan axtarışlar hələ də davam edir.
Xatırladaq ki, iyulun 31-də PKK terrorçuları ilə hərbçilər arasında yaranan qarşıdurmada 3 əsgər şəhid olmuş, 2 nəfər isə yaralanmışdı.