Əgər ölkədə çevrilişə cəhd olsa, Ərdoğanın etdiklərindən daha sərt tədbir görəcəyəm.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Venesuela prezidenti Nikolas Maduro söyləyib. Onun sözlərinə görə, çevriliş olacağı təqdirdə Venesuela xalqı ölkədə dincliyin qorunması üçün buna müqavimət göstərəcək.
Qeyd edək ki, son aylar ərzində Venesuelada iqtisadi vəziyyət çox pisləşib. Ölkədə inflyasiya maksimum həddə çatıb. Üstəlik müxalifətin parlamentdə üstünlüyü ələ alması, Maduronun dayaqlarının ictimaiyyət arasında daha da zəifləməsinə səbəb olub.