Türkiyənin İzmir şəhərində əməliyyatdan öncə pasiyentini zorlayan həkim həbs edilib.

Unikal.org Türkiyə KİV-inə istinadən bildirir ki, İzmirdə bir dövlət xəstəxanasının 33 yaşlı həkimi Ö.G. əməliyyatdan öncə narkozla yatırılan qadının yanında heç kimin olmadığından istifadə edərək ona təcavüz edib.

Palataya sonradan daxil olan tibb bacısı və təcrübə keçən tələbələr gördükləri mənzərədən şoka düşüblər. Ö.G.-nin bundan xəbərsiz olduğunu görən tələbələr hadisə anını telefona çəkiblər.

Bununla bağlı polisə məlumat verilib və polis əməkdaşları həkimi dərhal nəzarətə götürüblər. İddiaları qəbul etməyən həkim həbs olunub.