"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Qöteborq"la oyun öncəsi maraqlı açıqlamalarla çıxış edib. Unikal.org Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Q.Qurbanov bu günkü görüş barədə ehtiyatlı danışıb: "Çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusilə də pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Qöteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq.