Ötən gün məşq zamanı dünyasını dəyişən Zaqatala Futbol Klubunun Nigeriyalı legioneri, Maykl Umanyikin nəşinin öz vətəninə Nigeriyaya göndərilməsi üçün rəsmi qaydada XİN-ə müraciət olunub.

Unikal.org Region TV-yə istinadən bildirir ki, lazımi prosedur qaydaları yerinə yetirildikdən sonra mərhumun cənazəsi yola salınacaq.

Xatırladaq ki, Mayk Umanyik ötən mövsümdən Zaqatala Futbol Klubunda çıxış edir.

İlkin ehtimallara görə, futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

Faktla bağlı araşdırma aparılır.