Türkiyənin "Fənərbaxça klubu baş məşqçisi Vitor Pereiranı rəsmən qovub.

Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı sarı-laciverdlilər bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Pereira və köməkçiləri özbaşına olaraq ölkələrinə qayıtmaları, komandanın məşqlərinə çıxmadıqları ilə bağlı klub baş məşqçi ilə arasında olan müqaviləyə xitam verib.