Xəbər verdiyimiz kimi "Sumqayıt millimizin qolkiperi Kamran Ağayevlə 1 illik müqavilə imzalayıb.

Unikal.org "qafqazinfoya istinadən xəbər verir ki, Kamran Ağayevə komandanın baş məşqçisi Samir Abasov maraqlı qadağa qoyub. Belə ki, gənc mütəxəssis Ağayevə məşqlərdə meyxana deməyi qadağan edib.

O, məşqlərdə ciddiliyi pozmamaq üçün Ağayevə belə xəbərdarlıq edib.

Bundan əlavə, Samir Abasov Kamran Ağayev formasını bərpa etməyi tapşırıb. Mütəxəssis bildirib ki, millinin qapıçısı formadan uzaq olduğu üçün bir müddət ehtiyatda qalacaq.