Türkiyənin bodibildinq və fitnes üzrə çempionu 32 yaşlı Efe dünən gecə öldürülüb.  
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə, dünən saat 18.00 radələrində İzmirin Mesir Məhəlləsi 5123 ünvanında baş verib. Küçədə 7 adamın hücumuna məruz qalan idmançı sinəsindən bıçaqlanaraq öldürülüb. 
Hadisə yerinə gələn həkim briqadası Efeyi isə Manisa Dövlət Xəstəxanasına aparıblar. 
Sinəsindən yaralanan Efe həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmaya başlanılıb.