Hollivud ulduzu Ancelina Coli müəlliməlik edəcək.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aktrisa Vaşinqtonda Corctaun universitetində dərs deyəcək. O, universitetdə qadın hüquqları, sülh və təhlükəsizliklə bağlı mühazirələr oxuyacaq.

Coli bundan əvvəl London universitetində iqtisadiyyat və siyasətlə bağlı mühazirələr səsləndirib.

"Bununla qadın zorakılığına birdəfəlik son qoymaq lazımdır. İşə başlamağı, uşaqlara bunları öyrətməyi səbirsizliklə gözləyirəm" deyə, Ancelina bildirib.