Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. 
Unikal.org report-a istinadən məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov 1/16 finalda perulu Xuan Postiqosu xal hesabı ilə yenib.
Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Qeyd edək ki, Orxan Səfərov 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşacaq.