"Sabahkı oyunun nəticəsi hücumda necə çıxış etməyimizdən asılı olacaq. Təbii ki, hücum etmək istəyəcəyik.

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bu sözləri "Qəbələnin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "qırmızı-qaralar sabah Fransa təmsilçisini qəbul edəcəklər. Səfərdəki matçda 1:1 hesablı heç-heçə etmiş "Qəbələyə pley-offa adlaması üçün qolsuz bərabərlik də bəs edir. Cavab görüşündən öncə mətbuat konfransı keçirən Qriqorçuk maraqlı fikirlər səsləndirib.

Ukraynalı çalışdırıcı sabahkı matçın daha çətin olacağını bildirib: "Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik. Bizim üstünlük verdiyimiz oyun mövqe oyunudu. Yenə buna sadiq qalacağıq. Təbii ki, əks-hücuma keçməyi də bacarmalıyıq. Rəqibin müdafiəsindəki boşluqları özümüzdə qeyd etmişik və sabah hücuma keçəndə bu da nəzərə alınacaq. Rəqibi yaxşı təhlil etmişik. Müdafiəyə gəldikdə ümumi şəkildə müdafiə olunuruq".