ABŞ Prezidenti Barak Obamanın xidməti avtomobili bənzərsiz xüsusiyyətləri ilə təəccübləndirir. Unikal.org Obamanın xidməti avtomobilinin 11 özəl xüsusiyyətini təqdim edir:

Yanacaq çəni - Xüsusi yanacaq istifadə edən və zirehlə qorunan yanacaq çəni birbaşa zərbə alsa belə partlamır.

Zirehli qapıları - Zirehli qapılar 20,32 sm qalınlığa malikdir və bu Boeing 757 tipli təyyarənin kabinəsinin qapıları qədər ağırdır.

Sərnişin hissəsi - Dörd nəfərlik sərnişin hissəsi Obamanın əyləşdiyi kabinəni bir şüşəylə sürücü hissəsindən ayrılır.

Həyəcan düyməsi - Mümkün bir həyəcan halında Obamadan başqa kimsənin istifadə etməyəcəyi bir həyəcan düyməsi var.

Sürücü şüşəsi - Maşında yalnız sürücü şüşəsinin açılabilmə xüsusiyyəti var və bu şüşə 7,5 santimetr qalınlığındadır.

Sürücü - Obamanın sürücüsü Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ən ağır şərtlərdə belə avtomobili istifadə edə bilmək üçün təlim keçib.

Gövdəsi - Sərt titanyum və alüminium ərintilərindən hazırlanan gövdə, keramika istifadə edilərək daha da gücləndirilib.

Rezinləri - Rezinlər polad məftillərlə möhkəmləndirilmiş və bombalara qarşı da dözümlü hala gətirilib.

Təkər - Maşının təkərləri 12,7 cm-lik gücləndirilmiş poladla qorunur.

Maşındakı müdafiə aksessuarları - Maşında bir çox müdafiə aksessuarı var. Gecə görüş kameraları, göz yaşı axıdıcı sprey, prezidentin qan itirməsi vəziyyətində qan torbaları da var. Həmçinin avtomobilin bir çox yerində silah var.

Barak Obamanın avtomobili - FOTOLAR
Barak Obamanın avtomobili - FOTOLAR
Barak Obamanın avtomobili - FOTOLAR
Barak Obamanın avtomobili - FOTOLAR
Barak Obamanın avtomobili - FOTOLAR
Barak Obamanın avtomobili - FOTOLAR