ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Ermənistan hakimiyyətindən Yerevanda keçirilən aksiyalarda jurnalistlərin təhlükəsizliyini və hüquqlarını təmin etməyi tələb edib.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda bildirilir ki, 29 iyuldakı iğtişaşlarda 13 jurnalist xəsarət alıb.