"Bakı-2015 İlk Avropa Oyunlarında ilk medalı qazanan xanım idmançı İlahə Qasımova "Foto+ verilişi üçün kamera qarşısına keçib.

Unikal.org Axşam.az-a istinadən məlumatına görə, bürünc medal qazanan karateçi qlamur geyimi, fərqli imici ilə diqqət çəkib.

İ.Qasımovanın fotolarını proqramın aparıcısı Sadiq Quliyev lentə alıb.

Həyatından danışan İ.Qasımova maraqlı etiraf edib:

"Küçədən keçəndə oğlanlar söz atırlar. Bir dəfə söz atan oğlanı döymüşəm. Küçədə yaxınlaşdı, dedim, get, əl çəkmədi, mən də yumruq atdım. Sonra özümə qadağan qoydum ki, İlahə olmaz.

Karateçi xanım film təklifləri aldığını, amma razılaşmadığını söyləyib.

"Mən idmançıyam, məşqlərim var. Məqsədim yarışlarda nəticə əldə etməkdir. Aktisalıq sonranın işidir, nə vaxtsa, ola bilər. Evə gec gedib çatıram, filmə çəkilməyə vaxtım yoxdur.