Əfqanıstanın paytaxtında minalanmış yük maşını partladılıb. Unikal.org-un Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, yük maşını əsasən əcnəbi vətəndaşlarınqaldığı"Northgate hotelinin qarşısında partladılıb.

Partlayışdan sonra 4 silahlı hotelə hücum etməyə cəhd edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

İnsidentə görə məsuliyyəti "Taliban hərəkatı öz üzərinə götürüb.