İŞİD terror qruplaşması Rusiyaya qarşı cihada başlamağa çağırıb.

Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, YouTube-da yerləşdirilən 9 dəqiqəlik videogörüntüdə silahlılar rusiyalıları hədələyib, prezident Vladimir Putinə isə xəbərdarlıq edərək müsəlmanları Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.

Ekspertlər videogörüntülərin mənşəyini hələ ki, müəyyən etməyiblər.