Bu gün səhər saatlarında Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyata Kobra tipli helikopterlər də qatılıb.

Rayonun bütün giriş-çıxışlarının bağlandığı bildirilib. Əməliyyat davam edir.