Fetullahçı Terror Təşkilatı ilə əlaqəsi olan 1389 hərbi qulluqçu Türk Silahlı Qüvvələrindən xaric edilib.

Bu barədə Anadolu agentliyi xəbər verir.

Rəcəp Tayyib Ərdoğanın baş məsləhətçisi polkovnik Əli Yazıçı da ixrac edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 237 nəfər həlak olub.