Türkiyədə hərbi akademiyalar, liseylər və kiçik zabitlərin hazırlanması üzrə məktəblərin fəaliyyəti dayandırılıb.

Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, "Resmi Gazete"də dərc olunan fərmana görə, ölkənin Müdafiə Nazirliyi nəzdində yeni Milli Müdafiə Universiteti yaradılıb.

Milli Müdafiə Universiteti peşəkar hərbi məktəb və kolleclərdən ibarət olacaq. Burada qərargah zabitləri, quru və dəniz, həmçinin hərbi hava qüvvələri mütəxəssisləri hazırlanacaq.