Türkiyənin İzmit şəhərində qəribə intihar hadisəsi baş verib. 

Unikal.org "Doğan xəbər agentiliyinə istinadən xəbər verir ki, gecə saatlarında İzmit Seka Parka gələn 35 yaşlı Zübeyir A. Bıçaqla boğazını və biləklərini kəsib. Daha sonra təhlükəsizlik xidməti əməkdaşlarının yaxınlaşdığını görən həmin şəxs onlara hücum edib. Mühafizəçilərin üstünə bıçaqla şığıyan Zübeyir A. Daha sonra qaçaraq özünü dəniz atıb.

ərazidəki şəxslərin də köməkliyi ilə ağır vəziyyətdə sudan çıxarılan həmin şəxs xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti ağırdır.