"Oyun çox böyük, hesab fərqli idi. Amma bu millət bütün oyunları pozdu, pozmağa da davam edir. Sizlərin, xalqın meydanlara çıxacağını gözləmirdilər".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Esra Albayrak Kışıklıda ailə evinin qarşısında "demokratiya növbəsi"ndə olanlara xitabən belə deyib.

Unikal.org DHA-ya istinadən bildirir ki, cəsur və qeyrətli millətin fərdi olmaqdan qürur duyduğunu vurğulayan Esra Albayrak iyulun 15-dəki gecədə baş verənləri əsla unutmayacağını söyləyib.

"1983-cü ildə doğuldum və 80-ci illərdəki çevrilişlərin təsirlərini duya biləcək yaşda deyildim. Uşaqlarımıza "Vətən, millət, Sakarya" şəklində başa saldığımız məqamlar var ha, bax o məqamların nə demək olduğunu iyulun 15-i gecəsində felən anladıq. Vətənin nə demək olduğunu dərk etdik. Bayrak nə deməkdir, bayraq üçün bədəl ödəmək nə deməkdir dərk etdik. Hər hansı partiya, camaat, etnik mənsubiyyət olmadan, qadın, kişi, yaşlı, gənc və uşaq deməkdən vətən üçün axışdıq. Vətənin, bayrağın, demokratiyanın nə demək olduğunu iliklərimizə qədər hiss etdik", - E.Albayrak söyləyib.