"Vikiliksin əlində ABŞ-ın Demokratlar Partiyasının Milli Komitəsinin əməkdaşlarının daha bir neçə elektron məktubu var.

Bunu CNN televiziyasına müsahibəsində saytın rəhbəri Culian Assanc söyləyib. Onun sözlərinə görə, bu yazışmaların çoxu prezidentliyə namizəd Hillari Klintona aiddir:

"Biz bu sənədlərin bir qismini tezliklə çap edəcəyik. Mən sizə onları hansı mənbədən aldığımı söyləməyəcəm.