Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasında iştirak etməyəcək. Unikal.org-un məlumatına görə, bu barədə qərarı Ermənistan Şahmat Federasiyası (EŞF) verib.

"Ermənistan Şahmat Federasiyası Bakıda təşkil olunacaq olimpiadada iştirak etməyəcək. Bu, bizim ümumi və yekun qərarımızdı" - deyə, EŞF prezidenti Smbat Lputyan bildirib.

Xatırladaq ki, Bakıda təşkil olunacaq 42-ci Şahmat Olimpiadası sentyabrın 1-də start veriləcək.