ABŞ Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadasında ən çoxsaylı komanda ilə təmsil olunacaq.

Unikal.org-un NBC telekanalına istinadən verdiyi xəbərə görə, ABŞ millisinin heyətində 555 idmançı yer alır.

İdmançı sayı üzrə siyahıda ikinci yeri Braziliya (462 idmançı), üçüncü yeri isə Almaniya tutur (425).

İlk dəfə olaraq ABŞ komandasında qadın idmançıların sayı(292 nəfər) kişiləri üstələyir (263 nəfər).

ABŞ yığmasının yekun heyəti bu gün açıqlanacaq.

Xatırladaq ki, XXXI Yay Olimpiadası avqustun 5-dən 21-dək keçiriləcək.