Bu gün UEFA Avropa Liqasının II mərhələsinin cavab oyunları keçirilib.

Unikal.org-un məlumatına görə, "Neftçi səfərdə Makedoniyanın "Şkendiya komandası ilə qarşılaşıb.

Bakıda qolsuz başa çatan ilk oyundan fərqli olaraq, bu dəfə qol qeydə alınıb. 31-ci dəqiqədə İbraimi "Neftçini məyus edib.

72-ci dəqiqədə Bakı təmsilçisi azlıqda qalıb - Sikov ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Oyunda başqa yaddaqalan məqam olmayıb. Beləliklə, "Neftçi Avroliqada mübarizəni yarıda dayandırıb