Rusiyada yaşayan azərbaycanlı gənc futbolçu Emin Mahmudov Avropa komandasına transfer olub. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, o, yay transferində Rusiyanın "Krılya Sovetov komandasından Portuqaliyanın "Boavişta komandasına transfer edilib.

Xatırladaq ki Emin Mahmudov Rusiyanın Saturn futbol klubunun yetirməsidir və sonralar karyerasını "Spartak Moskva, "Tom, "Mordoviya və "Krilya Sovetov komandalarında davam etdirib. Bununla belə Rusiya gənclər milli yığmasının oyunçusu idi. Bir neçə ildir ki, Azərbaycan milli yığması da Emin Mahmudova təkliflər edir və millimizin çoxsaylı azarkeşləri də Emini millimizin sırasında görmək istəyərdi.