"Admira və "Kəpəz bir-birindən fərqlənir. Hər ikisi bizə narahatlıq yarada biləcək rəqibdi.

Unikal.org "Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Çexiyanın "Slovan klubunun baş məşqçisi Hendrix Trpişovski deyib.

Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Admira - "Kəpəz cütünün qalibi növbəti mərhələdə məhz "Slovanla qarşılaşacaq.

Bununla bağlı fikirlərini bölüşən Liberets təmsilçisinin çalışdırıcısı ehtiyatlı danışıb: "Hisslərim qarışıqdı. Azərbaycan futbolu bizim üçün həmişə qeyri-müəyyən olub. Bu mənada, Avstriya təmsilçisi ilə qarşılaşmaq daha yaxşı olardı. İlk oyunda qeydə alınan nəticə "Admiranın şansını artırır. Qısası, bizi möhkəm rəqib gözləyir. "Admiranın adı daha yüksək səslənir və bu komanda haqda daha çox məlumata sahibik. Üstəlik, Azərbaycandan fərqli, Avstriyaya məsafə daha azdı.

Qeyd edək ki, "Kəpəz "Admira ilə keçirdiyi ilk görüşdə 0:1 hesablı məğlubiyyətə üzülüb. Bu komandalar arasındakı cavab matçı isə iyulun 20-də Bakıda baş tutacaq.