Anasının israrlı xahişiylə evlənirdi. Heç vaxt çıxmamışdı Həlimə xanımın sözündən. Toya hazırlıq isə uzun çəkmişdi. Hələ bir ay əvvəldən bütün xırdalıqları ölçüb-biçmişdilər. Qərara gəlmişdilər ki, toy iki gün olsun. Birinci gün yerli camaat üçün, ikinci gün kənardan gələnlər. Kənardan gələnlər isə çox deyildi. 30 nəfər ancaq olardı. Amma həmin gün elə məhz o 30 nəfər üçün mütləq məclis qurulmalıydı. Həm də başqa səbəbə görə.

(Əvvəli burada http://news.lent.az/news/247058)

Vorkutadan SSRİ-nin ən amansız həbsxanası olan "Vladimirski Sentrala etap eləmişdilər Hikməti. Burada bir il qalmışdı. Həbsdən çıxan kimi isə Moskvaya yollanmışdı. Burada onu gözləyirdilər, haqqında eşitmişdilər...
Onu Moskvada "koronovat elədilər. Hikmətə "oğru adının verilməsində başlıca rolu isə Lotu Bəxtiyar oynamışdı. Deyilənə görə, taclandırma mərasimində bircə nəfər də Hikmətin namizədliyinə qarşı çıxmayıb. Hətta erməni oğru Sako belə heç bir tərəddüdsüz Bəxtiyarla razılaşıb.
Hikmət klassik "qanuni oğrular nəslindən idi. Onun keçmiş SSRİ-nin əksər kriminal avtoritetləri ilə münasibətləri vardı. Hətta onların çoxuna təsir imkanları da böyük idi. Təsadüfi deyil ki, bu münasibətlər arasında Vyaçeslav İvankov - "Yaponçiklə olan dostluğu xüsusi qeyd etmək lazımdır. İvankovla Hikmətin münasibətlərinin sıcaq olmasının bir səbəbi də onların keçmiş SSRİ-nin erməni və kürd qanuni oğrularıyla olan düşmənçiliyi idi. Ded Xasanın rəhbəri olduğu kürd klanının təsir dairəsinin qarşısını "Yaponçiklə Hikmətin birliyi ala bilirdi. Hətta o da təsadüfi deyil ki, Hikmət və "Yaponçik öldürüləndən sonra Ded Xasan klanı keçmiş SSRİ-də yeganə kriminal güc mərkəzinə çevrilmişdi. Bu güc mərkəzinə indinin özündə belə təpki göstərən yeganə güc hələ ki, Rövşən 

Lənkəranski və ətrafıdır...

***

Taclandırılandan sonra da Azərbaycana tez-tez gələn Hikmət ölkədə heç bir "sxodka və kriminal "razborkalarda iştirak etmirdi. Amma bununla belə hər dəfə Sabirabada gələndə ata evinin qapısının ağzından adam əskik olmurdu. Onun bir sıra rəsmilərlə münasibətlərinin olması da heç kimə sirr deyil. Bu sırada baş nazirin keçmiş müavini Abbas Abbasovun, habelə başqa məmurların da adı hallanır. Təsadüfi deyil ki, 2000-ci ildə qardaşı Fikrətin hüzr mərasiminə yerli icra hakimiyyətinin rəhbərliyi belə təşrif buyurmuşdu.
Yaxın qohumlarının dediyinə görə, Hikmət çox qapalı adam olub. Sirrini ən yaxın qohumu ilə belə bölüşmürmüş. Bütün qərarları təkbaşına verirmiş. Hikmət kimi nüfuzlu kriminal avtoritetlərin qapalı həyat keçirməsi bəzən onlar haqda miflərin, rəvayətlərin yaranmasına gətirib çıxarırdı. Amma yaxın qohumlarından birinin dediyinə görə, indi danışacaqları həqiqətdir:
"Onu təkcə keçmiş SSRİ ərazisində tanımırdılar. Hikmətin İsrail və Yunanıstanla da çox gözəl əlaqələri vardı. Bu ölkələrdəki nüfuzlu kriminal avtoritetlər onu böyük qardaş kimi qəbul edirdilər. İndi bəziləri deyir ki, guya Moskvada, Peterburqda Hikmətin ticarət obyektləri olub, hansısa bazara, restoranlara nəzarət edib, hamısı boş söhbətlərdir. Onun adıyla min oyundan çıxanlar olub, amma o, heç vaxt bazar-dükan məsələlərinə qarışmayıb. Moskvada "Vıxino bazarı var. Bir dəfə orada alver edən uşaqlar Hikmətə çatdırmışdılar ki, sənin adından burada pul yığılır. Hikmət özü söhbətə qarışanacan "Qorbatıy Ramiz olub, nüfuzlu avtoritet, həmin adamı elə həmin bazardaca dirəyə bağlayıb çırpmışdı. Çünki Hikmətin adından belə şeylərin yayılması bağışlanmaz idi.

***
Keçmiş SSRİ-nin kriminal aləmində Hikmətin taclandırdığı xeyli qanuni oğrunun adı keçir. Məsələn, 1993-cü ildə, başqa bir tanınmış qanuni oğru "Juk Rəhimin ad günündə, Abdullayev Mirseymur Mirteymur oğlu (Seymur Nardaranski) taclandırılır. Bu mərasimdə Hikmətdən başqa Slava Bakinsiki, Karo kimi oğrular itirak edir. Bir neçə ay sonra Abbasov Novruz Müseyib oğlu (Zaur) tac alır. Hikmətlə bərabər Miron, Vladimir Severnının da iştirak etdiyi mərasim Peterburqda baş tutur.
1996-cı ildə Hikmət narkotik daşımaqda ittiham olunaraq həbs edilir. Ona 8 il həbs cəzası verilir. Amma Hikmət həbsdə il yarım qalır. Həbsdən çıxandan dərhal sonra Moskvaya gedir. Moskvaya qayıdandan sonra Çeryomuşka rayonunda yerləşən və onun üçün ayrılan sadə, təmtəraqsız mənzildə yerləşir...
2001-ci ildə Hikmət Soçidəki "Jemçujina otelində saxlanılır. Yerli polis oteldə "sxodka keçiriləcəyini eşidib, oranı mühasirəyə alır. Hikmətlə bərabər Seymur Nardaranski, Timur Vanski, Paşa Çiaturski, Karo, Petroviç Kazaxstanskiy, Qoro, Trofa, Mixo, Ştaket kimi qanuni oğruları saxlayan polis, bir gün sonra onları sərbəst buraxır.
Hikmət 2003-cü ilin yanvarın 8-də keçmiş "İnturist mehmanxanasında həbs edilir. Rəsmi versiyaya görə, onun cibindən 12 qram həşiş tapılır. 8 il həbs cəzası alır. Amma yenə də həbsdə çox qalmır. Bir ildən sonra buraxılır və Moskvaya dönür.

Bundan sonra Moskvaya qayıdan Hikmət daha bir neçə "sxodkada iştirak edir. Və daha bir neçə avtoriteti taclandırır. Onların arasında Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəhim Ələkbərovu (Roma Odessa) kimi qanuni oğruların adı keçir.
Moskvada belə daim izlənən və təqib olunan Hikmət bu şəhərdə bir neçə dəfə qısa müddətə saxlanılıb. Yerli polis hər dəfə onu miqrasiya qaydalarını pozmaqda ittiham edib.
2004-cü ilin sentyabrında Ağbaş Çingizlə Moskvadakı "Sloboda restoranında nahar edərkən OMON basqınına məruz qalır. Sən demə, OMON restoranda "sxodka keçiriləcəyi xəbərini alıbmış. Amma OMON-un təxmin etdiyi "sxodka iki gün əvvəl "Ostankino qülləsinin restoranında baş tutmuşdu.
Hikmət Rusiyanın kriminal aləmində çox böyük nüfuza malik olmaqla yanaşı, Moskvadakı azərbaycanlılar arasında da adla tanınan şəxslərdən biri idi. Onu tanıyanlar Hikmətin hamıya eyni dərəcədə xoş gəlməyi bacaran, nəzakətli, dürüst insan kimi xarakterizə ediblər.
2006-cı il aprelin 6-da axşam saat 20.30-da "Sabirabadlı Hikmət əfsanəsi bitdi. Həmin vaxt tanınmış iş adamlarından birini ofisindən çıxıb "Mercedes-500 markalı avtomobilinə oturarkən atəşə tuturlar. Hikmət gülləbaranda başından və sinəsindən yaralar alır, elə oradaca keçinir. Bu xəbər təkcə Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında geniş əks-səda doğurdu.
Onunla bərabər başqa bir qanuni oğru, Culfalı Bayram da ölür. Maşının sürücüsü Ağdamlı Mürvət isə ağır yaralanır. Sonradan Moskva xəstəxanalarının birində müalicə olunur. Və Rusiyanı tərk edir. Onun harada olduğu indiyədək heç kimə bəlli deyil.
Hikmətin nəşi Sabirabada gətirilir. Böyük izdihamla dəfn edilir.
Yaxın dostu "Yaponçik belə Moskvadan Bakıya uçur. Amma Bakı aeroportundan Sabirabada buraxılmır. Dəfndə Rusiyadan, Gürcüstandan, Özbəkistandan qanuni oğrular iştirak edir.
Onu torpağa tapşıranlar arasında azərbaycanlı qanuni oğrular "Masallı Mamed və Yunus da olur. Biz bu adları nahaq yerə çəkmədik. Çünki nə qədər nüfuzlu olsalar da, "Böyük qardaşın qətlindən sonra Azərbaycanın "qanuni oğrularının mövqeyi Rusiyada xeyli zəifləyir. Bu qətlin arxasında kimlərin dayandığı haqda hələ də müxtəlif versiyalar dolaşır.
"Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb - deyirdi Hikmət.
Adi bir bıçaqlanma əlaçı tələbə Hikmət Muxtarovun bütün taleyini dəyişmişdi. Amma o, həm də bunu deyirdi: "Həyatda əsas odur ki, qəbirə təmiz adam kimi gedəsən, ondan böyük nemət yoxdur. Mən həmişə demişəm, oğru gərək oğru kimi ölsün".
O, "oğru kimi öldü...
Amma o, oğru olmaq istəmirdi-¦