"Avro-2016"nın 1/4 final mərhələsinin oyunları davam edir.
Unikal.org-un məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.
Artıq tunirdə sürpriz nəticələri ilə yadda qalan Uels millisi Belçika ilə üz-üzə gəlib. Oyunda hesabı Belçika açsa da, britaniyalılar əzmkar oyunla 3 qol vurmağı bacarıb və onlar görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Uels millisi yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.
1 iyul
23:00. Uels - Belçika - 3:1
Qol: Naynqolan, 13 (0:1), Eşli Uilyams, 30 (1:1), Robson-Kanu, 54 (2:1), Sam Vouks, 85 (3:1)
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
Lill. "Pyerr Morua stadionu
2 iyul
23:00. Almaniya - İtaliya
3 iyul
23:00. Fransa - İslandiya