Dünən Tərtərin Sarov kəndində intihar hadisəsi baş verib.
Unikal.org qafqazinfo-ya istinadən məlumatına görə, kənd sakini 30 yaşlı Pərvanə Arif qızı Dünyamalıyeva yaşadığı evdə özünü asaraq öldürüb. Faktı rayon polis şöbəsindən də təsdiqlədilər. Hazırda dörd uşaq anası olan 30 yaşlı qadının intiharının səbəbləri araşdırılır.