Şəmkirdə spirtli içkidən zəhərlənmə faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 55 yaşlı Oqtay Əmiraslanov yaşadığı evdə qohumu, 52 yaşlı Elyar Əmiraslanovla birgə yemək yeyib, spirtli içki qəbul ediblər. Nəticədə E. Əmiraslanov spirtli içkidən zəhərlənərək ölüb. O. Əmiraslanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.