79 nəfər SSRİ banklarında qalmış əmanətlərini aldı
79 nəfər SSRİ banklarında qalmış əmanətlərini aldı

Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində dəyərdən düşmüş bank əmanətlərinin qaytarılması üzrə birdəfəlik ödəmələrin həyata keçirilməsinin ilk günü ərzində "Kapitalbank"a 9991 (5938-i Bakıda olmaqla) ərizə təqdim olunub.

Bu barədə "Kapitalbank"ın İdarə Heyətinin sədr müavini, birdəfəlik ödəmələr üzrə mərkəzin direktoru Araz Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün 65-i Bakıda olmaqla bankın 143 məntəqəsində ərizələrin qəbuluna başlanıb.
A.Əliyev qeyd edib ki, gün ərzində 1403 ərizə mərkəzə göndərilib: "Bu ərizələrdən 708-i üzrə ödəmələrin aparılmasına icazə verilib, 597 ərizəyə baxılır, 19 ərizə üzrə imtina cavabı verilib. İcazə verilən ərizələr üzrə məcmu ödəmələrin həcmi 48 994 manatdır. Bu gün ərzində 79 əmanətçi birdəfəlik ödəmələrini alıb".