Rauf Zeyni: "QHT-lərin Resurs və Təlim Mərkəzlərinin regionlarda yaradılmasının məqsədi bölgələrdə QHT hərəkatının genişlənməsinə, onların fəaliyyətinin beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulmasına köməklik göstərməkdir"

Regionda fəaliyyət göstərən QHT-lərin passivliyi zaman-zaman müzakirə mövzusuna çevrilsə də, hələ ki əyalətlərdəki QHT-lərin çoxunun quruca adı var. Regionda yarandığı gündən bir layihə belə həyata keçirməyən QHT-lərə rast gəlmək mümkündür. Amma son vaxtlar da region QHT-lərinin dirçəldilməsi, vətəndaş cəmiyyəti institutu olaraq bölgələrdə vətəndaş cəmiyyətinin inkişafına töhvəsi üçün az işlər görülmür. Bu cür layihələrdən biri Milli QHT Formunun həyata keçirdiyi
Regional QHT-lərin Resurs və Təlim Mərkəzi layihəsidir. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyir ki, Regionlarda QHT-lərin Resurs və Təlim Mərkəzlərinin yaradılması həmin rayonlarda vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verib. Həmsöhbətimizin sözlərinə görə, Regional QHT-lərin Resurs və Təlim Mərkəzlərinin regionlarda yaradılmasının məqsədi, QHT hərəkatının genişlənməsinə, onların fəaliyyətinin beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulmasına, əlaqələrinin möhkəmlənməsinə, inkişafına köməklik göstərmək və onların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün o qanunla qadağan edilməyən qeyri-kommersiya və kommersiya fəaliyyətləri ilə məşğul ola bilər: "Bu mərkəzlərin üzərinə 3-cü sektorun formalaşması prossesində qeyri-hökumət təşkilatlarının potensial imkanlarını üzə çıxarmaq və həmin potensialdan səmərəli istifadə etmək, QHT-lərin dövlət orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması üçün tədbirləri həyata keçirmək, QHT-lərin cəmiyyətdə nüfuzunun artması, fəaliyyət sahələrinin genişlənməsi, problemin həllində daha çox iştirak etməsi, əhalinin geniş təbəqələrinin bu prosseslərdə iştiraka cəlb etməsi üçün təbliğat işi aparmaq kimi vəzifələr düşür. Eləcə də, QHT-lərə metodik, informatik, hüquqi, texniki və təşkiati yardım etmək, onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək göstərmək, rayonlarda QHT hərəkatının genişlənməsi, yeni QHT yaranması və onların əlaqələrinin qurulmasına kömək göstərmək, QHT-lərin layihələrin hazırlanmasında və həyata keçirilməsində onlara metodik köməklik göstərmək, QHT-lərin fəaliyyətinin səmərəli və qanunauyğun qurulması üçün müxtəlif sahələrdə kurslar təşkil etmək, vətəndaş cəmiyyəti institutlarının işinin gücləndirilməsi, qarşıya çıxan problemlərinin dəf edilməsi üçün tədqiqatların, araşdırmaların, monitorinqlərin təşkilinə və keçirilməsinə yardım etmək də bu vəzifələr sırasındadır. Regional QHT-lərin Resurs və Təlim Mərkəzləri eyni zamanda beynəlxalq aləmdə uğurla fəaliyyət göstərən, ölkənin ictimai həyatında özünəməxsus yeri olan QHT-lərin iş təcrübəsini öyrənmək və yayır, seminar və konfranslar təşkil edir, eyni zamanda Milli QHT Forumunun Nizamnaməsindən irəli gələn digər vəzifələri həyata keçirir".
R.Zeyninin sözlərinə görə, bu gün beş rayonda, Şəmkir, Mingəçevir, Qəbələ, Quba və Şirvanda QHT-lərin Resurs və Təlim Mərkəzləri yaradılıb: "Təkcə Mingəçevir Regional QHT-lərin Resurs və təlim Mərkəzi 12 rayonu əhatə edir. Bura Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy, Kürdəmir rayonları daxildir . Quba RQRTM şimal rayonlarından Quba,Qusar,Xaçmaz, Şabran, Siyəzən, Xızıda 2001-ci il Noyabr ayından başlayıb. Bu müddət ərzində mərkəz QHT lər üçün QHT idarəetməsinin əsasları, QHT-Icma əlaqələri, QHT-Kütləvi-mətbuat əlaqələri, Monitorinq, Sosial ehtiyacların qiymətləndirilməsi kimi mövzularda seminar və təlimlər təşkil edib. Quba Resurs və Təlim mərkəzinin məlumat və texniki dəstəyi ilə 19 yeni QHT öz fəaliyyətlərinə başlayıb. Hal-hazırda Quba RTM 150 dən artıq QHT və 35 icma üçün təlim təşkil edir və onların fəaliyyətini dəstəkləyir. Mərkəzin nəzdində internetə çıxış və müasir computer texnologiyaları var. 150 QHT və 35 icma birliyi üçün Məlumat Bazası yaradılıb. Regionun profili yaradılıb. Dövlət-Bisnes əməkdaşlıgı üçün fond yaradılıb. ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən və yerli "QÜTB TV" (2002-2003) tərəfindən icra olunan "Kütləvi Mətbuatın İnkişafı" layihəsi çərçivəsində "QHT Reallıgı" proqramı hazırlanıb və sair".
R.Zeyninin sözlərinə görə, MQF Şirvan RQRTM 2001-ci il avqust ayınin 13-də Milli QHT Forumun "Yerli QHT-lərin İnkişafı Proqramı" layihəsi çərçivəsində BMT İnkişaf Proqramının maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb: "Şirvan RQRTM Respublikanın cənub zonasının 14 rayonunu - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astaranı əhatə edir. Bu mərkəzin fəaliyətinin əsas istiqamətlərinə vətəndaş cəmiyyətinin və digər demokratik təsisatların inkişafına dəstək, yerli QHT-lərin yaranması, inkişafı, onların işinin əlaqələndirilməsi, sahibkarlığın inkişafına yardım, icmanın davamlı inkişafının stimullaşdırılması və s aiddir. Mərkəz fəaliyyətə başladığı zaman bölgədə QHT –lərin sayı cəmi 130-a yaxın idi və əsasən filial kimi təmsil olunurdular. Şirvan RQRTM fəaliyyətə başladıqdan sonra həyata keçirilən müxtəlif tədbirlər təlimlərin keçirilməsi, ödənişsiz kompüter və xarici dil kursları, məlumatlandırma işlərinin aparılması və s. nəticəsində qısa vaxtda xeyli təşəbbüs qrupu yarandı, onların bir çoxu Dövlət Qeydiyyatına alındılar. 2003–cü ilin mart ayında layihə başa çatdı və mərkəzin maliyyələşdirilməsi dayandı. Lakin buna baxmayaraq Mərkəz özünün kadr potensialından, qazanılmış təcrübədən, yaranmış münasibətlərdən, layihədən əldə olunmuş avadanlıqlardan və s. istifadə edərək fəaliyyətini davam etdirir, bölgədə fəaliyyət göstərən yerli təşkilatların fəaliyyətinə köməklik göstərərək mərkəzə müraciət edən bütün təşkilatlara pulsuz xidmətlər göstərir. Bunun nəticəsidir ki, hazırda bölgədə 282 filial, 135 müstəqil QHT, 40 İcma Əsaslı Təşkilat, 6 Resurs və Təlim Mərkəzi, 72 Təşəbbüs Qrupu fəaliyyət göstərir. Hal-hazırda mərkəz 160 QHT və 35 İcmaya Təlim, Texniki xidmətlər göstərərək onların fəaliyyətini dəstəkləyir".
Həmsöhbətimiz deyir ki, indiyədək bu Regional QHT-lərin Resurs və Təlim Mərkəzləri vasitəsilə bir sıra layihələr gerçəkləşdirilib: "Hansı ki, həmin layihələr QHT-lərin inkişafına böyük dəstək olub. Bunlara misal kimi, müxtəlif illərdə keçirilən layihələri çəkmək olar. Azərbaycan Milli QHT Forumu Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi Şuranın maliyyə yardımı ilə "QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidinə kömək üçün regional məsləhətçilərin hazırlanması" mövzusunda 5 günlük təlimlər həyata keçirib. Layihə çərçivəsində Milli QHT Forumunun digər 4 mərkəzi ilə əlaqələr saxlanılib və layihə haqqında mərkəzin direktorlarına məlumatlar verilib. təlimlərdə Şirvan, Quba, Qəbələ, Şəmkir və Mingəçevir şəhərlərindən hər birindən 4 nəfər olmaqla 20 nəfər QHT nümayəndələri əsasən mühasiblər iştirak edib. Təlim diskussiya şəklində aparılıb. Şirvan RQRTM-də bir sıra tədbirlər təşkil olunub. MQF –nin Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində "Layihə yazılışı, büdcələrin tərtibi, QHT-nin idarəedilməsi və hesabatların hazırlanması"ilə bağlı layihə həyata keçirilib. Bu layihə əsasında 2 günlük təlim keçirilib. Təlimə Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarından olan QHT nümayəndələrinə təlim keçirilmişdir. QHT-lərə əsasən layihə yazılışı, büdcələrin tərtibi, QHT idarəetməsi və hesabatların hazırlanması mövzusunda geniş məlumat verilib. Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi "QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidinə kömək üçün regional məsləhətçilərin hazırlanması" mövzusunda 5 günlük təlimlər həyata keçirib. Təlimlərdə Şirvan, Quba, Qəbələ, Şəmkir və Mingəçevir şəhərlərindən hər birindən 4 nəfər olmaqla 20 nəfər QHT nümayəndələri əsasən mühasiblər iştirak edib. Təlim diskussiya şəklində aparılıb. Bu təlimlər müxtəlif illərdə baş tutub. Regionlarda QHT-lərin Resurs və Təlim Mərkəzlərinin yaradılması nəticəsində bu gün regionda fəaliyyət göstərən QHT-lərin bir sıra problemləri həll olunub, onların paytaxtda fəaliyyət göstərən QHT-lər kimi aktiv olması üçün xeyli işlər görülüb".