Məktəblərimizin kompüterlə təminatı nə yerdədir?
Məktəblərimizin kompüterlə təminatı nə yerdədir?
Təhsil Nazirliyi: "Əgər 2004-cü ildə hər 1000 şagirdə 1 kompüter düşürdüsə, indi hər 20 şagirdə 1 kompüter düşür"

Təhsil üzrə ekspert Etibar Əliyev Təhsil Nazirliyinə irad tutub ki, orta məktəblərin kompüterlə təchizatı qənaətbəxş deyil. Bununla bağlı Təhsil Nazirliyindən bildiriblər ki, bu iradların heç bir əsası yoxdur. Qeyd ediblər ki, 2004-cü illə müqayisədə Azərbaycanda şagird kompüter nisbəti xeyli dəyişib: "Əgər 2004-cü ildə hər 1000 şagirdə 1 kompüter düşürdüsə, indi hər 20 şagirdə kompüter düşür.
Bu, V sinifdən X sinifə qədər olan yaş həddini əhatə edir. İki il əvvəl prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanan bu işlər artıq real nəticəsini verir və artıq 20 şagirdə bir kompüter nisbəti Avropa standartlarına xeyli yaxınlaşmaqdır".
İstifadə olunan kompüterlərin çəkisinə gəlincə, Təhsil Nazirliyi imkanları geniş olan netvoklara daha çox üstünlük verir. Onun çəkisinin ağır olması ilə bağlı məsələ isə hələlik mübahisə mövzusudur. Doğrudur, nisbətən yüngül planşetlərdən də istifadə oluna bilər. Amma Azərbaycanda təqdim edilən netvoklar özlərinin çoxfunksiyallığı ilə seçilir. Təhsil Nazirlyi Azərbaycanda məktəblərin kompüterləşməsi layihəsini tam təhsil şəbəkəsi qurmaqla həyata keçirdiyini bildirir və qeyd edir ki, 1200 təhsil müəssəsi artıq vahid sistemə qoşulub. Data mərkəz yaradılıb.
Müəllimlərin təliminə gəlincə, bu gün 150 min müəllim ordusunun 60 faizdən çoxu artıq təlimdədir. Və bu təlimlər ilin sonunadək başa çatacaq. Təlimləri dəvət edilmiş xüsusi məsləhətçilər aparır.