Bu gün dünyada vətəndaş cəmiyyətlərinin qurulmasına töhfələr verən hər bir kəs dünya dövlətləri tərəfindən də dəyərləndirilir və onların atdığı addımlar ciddi şəkildə öyrənilir. Bu baxımdan, son illər Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gördüyü işlər xüsusi olaraq vurğulanmalıdır. Gəlin, amma öncəliklə Mehriban xanım Əliyevanın son illər gördüyü işlərin ümumi sisteminə baxaq.
1. Heydər Əliyev Fondu yaradılır və Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına ciddi dəstək verilir.
2. Heydər Əliyev Fondu fəaliyyəi ilə sübut edir ki, vətəndaş cəmiyyətləri dövlət quruculuğunda aktiv olarsa, daha mükəmməl nəticələr əldə olunar.
3. Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini gücləndirməklə sübut etdi ki, bir ölkdəki vətəndaş cəmiyyətinin dayanaqlı olması üçün beynəlxalq əlaqələri də sistemli olmalıdır.
Bəs Heydər Əliyev Fondunun xarici siyasətində priroritet bəndlər nələr oldu?
- Heydər Əliyev Fondu dünyaya tolerantlıq nümunəsi yaradan qurum kimi daxil oldu.
- Heydər Əliyev Fondu milli dəyərlərimizin beynəlxalq tribunalarda təmsilçisi ola bildi.
- Heydər Əliyev Fondu dünyaya vətəndaş cəmiyyətinin yeni formasının nümunəsini gətirdi.
- Heydər Əliyev Fondu dövlət quruculuğunda vətəndaş cəmiyyətlərinin rolunu açıq şəkildə isbatlaya bildi.
- Heydər Əliyev Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə öldürücü zərbə vuran Dağlıq Qarabağ münaqişəsini, Xocalı soyqırımını və erməni vəhşiliyini dünyaya tanıtdı.
- Heydər Əliyev Fondu dünyadakı mədəni incilərə qucaq açdı və qloballaşmaya mədəni dəstəyini nümayiş etdirdi.
Məhz bunların nəticəsidir ki, bu gün Azərbaycanın özündə belə hər kəs Heydər Əliyev Fonduna bir dayaq, ümid yeri kimi baxır və hər zaman bu doğmalığı qəbul edə bilir. Bu gün Azərbaycanda Heydər Əliyev Fondunun yüzlərlə insana dayaq olması, vətəndaş cəmiyyətinin formalaşması üçün silsilə tədbirlər, layihələr həyata keçirtməsi məlumdur və bu Azərbaycanda yeni bir mərhələnin intellektual cəmiyyətin formalaşmasına bir başa müsbət təsirini göstərir. Görünür, bunun səbəbidir ki, Heydər Əliyev Fondunun, konkret olaraq fondun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq media tərəfindən də yüksək dəyərləndirilir. Elə son yazıda buna misaldır.
Belə ki, Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Daily Times" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib."11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın "Hila-e-Pakistan" ali ordeni ilə təltif edilmişdir.
İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb. Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi vurğulanır.
Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N.Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəblər və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edir. Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılır, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilir. Yazıda Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycanın folkloru və musiqi irsinin inkişafında xidmətləriniə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir.D.N.Zaidi Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayırıb.
Dure N.Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edir.
Bildirir ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.
Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini vurğulayır. Bildirir ki, Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləmə, müayinələr və açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar olunub.
Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz Klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin İslamabad Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilib.Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı bildirilir.
Vurğulanır ki, 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində "Heydər Əliyev Su Təchizatı", 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təchizatı" layihələri həyata keçirilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunub.
Jurnalist Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini bildirir. Qeyd edir ki, Pakistan xalqı və dövləti bunu yüksək qiymətləndirir. Pakistan Prezidenti Məmnun Hüseynin Sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif olunub. Bundan əlavə, Azərbaycanın birinci xanımı 2012-ci ildə "2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatları ilə təltif edilib.
Məqalənin sonunda qeyd olunur ki, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa, Küveyt, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunub. Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.
Gördüyünüz kimi, dərc olunan məqalədə də etiraf olunur ki, Mehriban Əliyevanın fəaliyyəti artıq regional bir fəaliyyətdir və Şərqlə Qərbin arasında bir vasitəçilik rolunu oynayır. Həqiqətən də qeyd etmək lazımdır ki, bu regionda hər zaman Azərbaycanda vətəndaş cəmiyyəti güclü olanda sabitlik yaranıb. Çünki Azərbaycanın vətəndaş cəmiyyəti lokomativ rolunu oynayır və ətrafa da müsbət təsirini göstərir. Bu baxımdan hazırda Mehriban Əliyevanında dəstəyi ilə formalaşan vətəndaş cəmiyyəti bütünlüklə regiondakı proseslərə də müsbət təsirini göstərməyə başlayıb. Öncə güclü dövlət- məntiqi ilə hərəkət edən Heydər Əliyev Fondu bu baxımdan dövlət quruculuğunda da misilsiz xidmətlər göstərir. Ölkədə təhsilin səviyyəsinin qaldırılması üçün tikilən onlarla məktəb, beyin mərkəzləri bunun bariz nümunəsidir. Çünki təhsilsiz xalqın yaradacağı vətəndaş cəmiyyəti heç nəyə nail ola bilməz. Necə ki, bu gün Ermənistan nə qədər çalışsa da, vətəndaş cəmiyyətinin nəinki formalaşmasına nail olmur, eyni zamanda, dövlətçilik ənənələrini də itirməyə başlayıb.