23 Sentyabr 2019
22 Sentyabr 2019
Azərbaycanın əvəzolunmaz prezidenti
Azərbaycanın əvəzolunmaz prezidenti İQTİSADİYYAT 12:20 2012-05-30

Azərbaycanın əvəzolunmaz prezidenti
Azərbaycanın əvəzolunmaz prezidenti

Gözləri kor olmuşların görə bilmədiyi məmləkət

"Eurovision" Mahnı Müsabiqəsi başa çatdı. Əslində bu müsabiqə bütövlükdə Azərbaycan üçün bir sınaq idi. Bəlkə də bu sınağı daha da ağır edən başqa bir amil, bizlər müsabiqəyə hazırlaşan zaman kənar qüvvələrin Azərbaycanla bağlı səlib yürüşünə hazırlıq görməsi idi. Hazırlıq o qədər yüksək səviyyədə həyata keçirilmişdi ki, sınaqdan çıxa bilməsək, hər birimiz bu oyunun iştirakçısı olacaq və qalib,kənarda tapılacaqdı. Azərbaycana qalan isə qanlı olaylar, daxili qarşıdumalar, hakimiyyətin laxlaması, vətəndaşın ağır duruma düşməyin astanasında idik. Amma bunların heç biri yaşanmadı. Artıq Azərbaycanda səs-küylü qonaqlar və iyrənc planlar yoxdur. Çünki bu "Eurovision" planı baş tutmadı. Maraqlıdır, bu sınaq nədən həm də bizlər üçün son sınaq kimi görünə bilərdi?

İlk növbədə ona görə ki, Azərbaycan ilk dəfə belə bir ağır müsabiqə keçirirdi və müsabiqənin təşkilatçısı olan Heydər Əliyev Fondu bu yükün altına girməklə üzərinə böyük məsuliyyət götürmüşdü. İkinicisi, müsabiqənin baş tutmaması üçün bəzi qonşu dövlətlər, o cümlədən erməni lobbisi təxribat prosesinə start vermişdilər və demək olar ki, dünya mediasının hədəfi prezident İlham Əliyev və Azərbaycan idi.
Üçüncüsü isə, Avropa bu müsabiqədən bəhrələnərək Azərbaycanı öz ağır şərtləri və iddiaları ilə yükləmək istədi. Ən təəssüflüsü isə bu oldu ki, Avropa bu məqsəd üçün Azərbaycanın müxalif partiyalarından istifadə etməyi bacardı. Amma bunlar müsabiqə öncəsi hiss olunmurdu. Sadəcə olaraq qəribə bir süstlük, Azərbaycanda isə müsabiqəyə hazırlıq ən yüksək səviyyədə həyata keçirilirdi.Bütün diqqət Azərbaycanın həm də Avropanın bir parçası olmasını sübut etməyə yönəlmişdi. Hər kəsdə daxili bir məsuliyyət hiss olunur və dünyanı qarşılamağa hazırlıq gedirdi.

Müsabiqə öncəsi
şübhələr

Müsabiqənin başlamasına 6 ay vaxt qalsa da, Azərbaycan hazırlıq işlərini daha böyük əhatədə aparır və Qərb mətbuatında belə fikirlər səslənirdi ki, Azərbaycan hazırlıq işlərini vaxtında başa çatdıra bilməyəcək.
Bakıda isə özünə bir əminlik var idi və demək olar ki, Bakı, az qala, yenidən qurulurdu. Dənizkənarı parkda, qış bulvarında və nəhayət, müsabiqənin keçiriləcəyi sarayda tikinti işlərinə start verilmişdi. Sonradan ekspertlər də etiraf edəcəkdilər ki, 6 ay ərzində Bakıda görülən işləri normalda 2 il ərzində görmək olardı. Beləcə qısa zaman ərzində görülən abadlıq işləri öz bəhrəsini verdi.
Çoxları bu işlərə barmaqarası yanaşsa da, Azərbaycana gələn on minlərlə şəxs sadəcə şokda idi. Bununla da aydın oldu ki, prezident İlham Əliyevin abadlıq işləri ilə bağlı tutduğu xətt doğru xətt idi və bu abadlıq işləri tək turistlər üçün yox, hər bir Azərbaycan vətəndaşı üçün başucalığı oldu.
Artıq mahnı müsabiqəsi tarixəçevrilib, amma bu gözəlliklər, bu abadlıq işlərinin nəticəsi yenə var və bu, Azərbaycan xalqı üçündür.
Bu haqda bir azdan. İndi isə qayıdaq müsabiqədən əvvəlki duruma.
Terror yuvalarının
məhvi

Mahnı müsabiqəsindən öncə Bakıda həyəcanlı xəbərlər yayılmağa başladı. Radikal islamçı qüvvələr müxtəlif əcnəbi saytlarda Azərbaycanı terrorla hədələməyə başladılar. Hətta açıq şəkildə bəyan etdilər ki, bu müsabiqənin Azərbaycanda keçirilməsi İslama ziddir və bunun qarşısı alınacaq.
Bu ərəfədə ABŞ-da fəaliyyət göstərən və erməni lobbisinin təsir dairəsində olan müxtəlif gey təşkilatları Bakıda parad keçirəcəklərini bildirdilər. Bununla da radikal qruplaşmalar məqsədli şəkildə yenidən Azərbaycanın üzərinə yönəldildi. Beləcə rəy formalaşdırıldı ki, Azərbaycanda təhlükəsizliyə təminat yoxdur və güc strukturları terror qruplaşmalarının qarşısında acizdir.
Məhz bundan sonra belə fikirlər də səsləndirildi ki, təhlükəsizliyin təminatı üçün Azərbaycan kənar dövlətlərdən, əsasən də İsrailin kəşfiyyat orqanlarından yardım alacaq. İsrail mövzusunun məqsədli şəkildə ortaya çıxarılması isə İranın Azərbaycan siyasətinin daha da sərtləşməsinə yönəlmişdi.
Bu haqda daha ətraflı qeydlər edəcəyik. Hələlik isə təhlükəsizliklə bağlı yaranmış durumu bir daha xatırlayaq.
Bütün iddialara cavab olaraq Azərbaycanın təhlükəsizlik strukturları kənardan heç bir köməyə ehtiyacın olmadığını və bütün prosesləri nəzarətdə saxladıqlarını bildirdi. Məhz bundan sonra ard-arda yüzə yaxın radikal qruplaşmalar sıradan çıxarıldı. Aparılan əməliyyatlar o qədər konkret idi ki, qısa zaman ərzində, demək olar ki, ən təhlükəli şəbəkələr tamamilə yox edildi. Bu əməliyyatlarda bir MTN əməkdaşı şəhid oldu, bir neçə polis əməkdaşı isə yaralandı. Buna baxmayaraq, başlanan kampaniyanın qarşısı alındı və müsabiqə zamanı təhlükəsizliyin tam təmin olunduğu bir daha nümayiş etdirildi.
Müxalifətin alət
funksiyası

Mahnı müsabiqəsi öncəsi və müsabiqə zamanı diqqəti cəlb edən bir məqam da müxalifətin tutduğu mövqe oldu. Müsabiqə öncəsi diqqəti o qədər də cəlb etməyən müxalifət gözlənilmədən aktivləşdi. Daha doğrusu, Avropanın bəzi ölkələrində, əsasən də Almaniyada Azərbaycan əleyhinə məqalələrin cəhdi sanki siqnal oldu. Bundan sonra müxalifət mitinq istəyi ilə hakimiyyətə müraciət etdi. Gözlənilmədən hakimiyyət mitinq üçün yer ayırdı və müxalifət də bununla razılaşdı. İki mitinq keçirildi və aydın oldu ki, müxalifət hər zamankı kimi bu gün də sosial bazasızdır. Və bu aksiyalar heç bir effekt vermədi. Bundan sonra isə gözlənilmədən ATƏT Bakı bürosunun rəhbəri Koray Tarqay maraqlı açıqlama verdi: " Beş ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların keçirilməsi üçün yer hər iki tərəf arasında razılaşdırıldı. İkincisi, aksiyalar problemsiz keçdi. İctimai aksiyalarda məqsəd fikirləri insanlara açıqlamaqdır. Boş ərazinin ortasında 300-500 nəfər toplaşıb nə deyir-desin, effekti olmayacaq. Nümayişlərdə məqsəd fikirlər kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər, ya bəyənməz, onun öz işidir. Düşünürəm ki, gələcəkdə aksiyaların keçirilməsi üçün gündəlik həyata təsir göstərməyəcək daha mərkəzi yerlərdə yer veriləcək. Yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin mərkəzində və bəzi yollarında tikinti işləri başa çatandan sonra bununla bağlı da müəyyən qərarlar qəbul ediləcək.
Düşünürəm ki, nümayişçilərin öz fikirlərini daha geniş kütlələrə çatdırması üçün mərkəzdə yerlərin seçilməsi lazımdır. Əgər insanlar yıxıcı, etikadan kənar məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə, buna izn vermək gərəkdir".
Məhz bu açıqlamadan sonra müxalifət şəhərin mərkəzində mitinq keçirtmək təşəbbüsü ilə çıxış etdi. Və demək olar ki, hər həftə şəhərin mərkəzində aksiya keçirtdir. Amma bir tərəfdən güc strukturları gərginliyin yaranmasına imkan vermədilər, digər tərəfdən isə bir daha sübut olundu ki, vətəndaşlar müxalifətin iddialarını eşitmək belə istəmir və göstərilən tam biganəlik həm də sübut etdi ki, bu gün İlham Əliyevin alternativi yoxdur.
Başqa cür desək, İlham Əliyevin alternativi olsaydı, 1992-ci illərdəki kimi xalq "Azadlıq" meydanında olardı. Yoxsa bir gün 40 nəfərlə, o biri gün 30 nəfərlə şəhərin mərkəzində aksiya keçirtmək, sadəcə olaraq, özünü aldatmadan başqa nə isə deyil. Çox maraqlıdır ki, öncələr aksiyaların dağıdılmasına bir ictimai qınaq olurdusa, bu dəfə tam əksi oldu. Sosial şəbəkələrdə minlərlə şəxs, o cümlədən əsasən gənclər aksiyaların keçirilməsini açıq şəkildə qınadı və demək olar ki, adi sözlə də olsa dəstək verilmədi. Yeri gəlmişkən bir məqama da toxunaq ki, müxalifətin bu dəfə ki, aksiyalarını Azərbaycan mətbuatından çox Ermənistan mətbuatı işıqlandırdı və hər aksiyadan sonra mahnı müsabiqəsinin baş tutmayacağı ilə bağlı xəbərlər yayırdılar. Nəticə isə göz qabağında idi. Şişirdilən, az qala fantastik hekayələr şəklinə salınan aksiyalar tam fiaskoya uğradı.
Amma buna baxmayaraq Avropa Azərbaycan müxalifətini hərəkətə gətirmək üçün əlindən gələni etdi. Hətta müsabiqəyə bir neçə gün qalmış bir sıra Avropa təşkilatları Azərbaycan hakimiyyətinə zərbə olacaq gücdə hesabatlar hazırladı. Bununla müxalifətə növbəti revanş imkanı yaradıldı.
Bu gün Avropada belə bir fikir də formalaşdırılıb ki, müsabiqədən sonra Azərbaycanda kütləvi repressiyalar başlanacaq. Məhz buna görə Azərbaycana qarşı təzyiqlərin daha da artırılması fikirləri genişləndirilir. Amma reallıq budur ki, hazırda ortada heç bir represiya yoxdur və Azərbaycan tutduğu yolu davam etdirir.
Beləliklə,aydın oldu ki, bu gün İlham Əliyevin apardığı dövlətçiliyə xidmət siyasəti bəzi dünya klublarını qane etmir və hər fürsətdə Azərbaycana ağır zərbə vurmağa hazır görünürlər.
Amma bu da təkzib olunmaz faktdır ki, Azərbaycan xalqı bu güclərin yanında yox, prezident İlham Əliyevin yanındadır. Bu belə olmasaydı, müsabiqə öncəsi Avropa istədiyinə nail ola bilərdi. Amma hər şey gözlənildiyi kimi də davam etdi. Azərbaycan layiqli şəkildə ev sahibliyini edə bildi və heç kəsin müdaxiləsi səmərə vermədi.

Qarabağ təhlükəsi

Azərbaycanda müsabiqənin keçirilməsində ən ciddi maraqlardan biri də Azərbaycanı dünyaya tanıtmaq idi. Çünki bu tanıtım həm də Dağlı Qarabağ probleminin həllində ciddi rol oynamaq fürsətləri yaratmışdı. Bu gün erməni lobbisi dünyada ictimai rəyi öz xeyrinə yönəltmək üçün əlindən gələni edir və son zamanlar Azərbaycanın aktivləşməsindən təşviş keçirməyə başlamışdı. Məhz buna görə bütün imkanlar səfərbər edildi ki, müsabiqənin dəyəri aşağılansın, Azərbaycan daha çox avtoritar ölkə kimi tanıdılsın və bununla da öz üstünlüklərini qoruya bilsin.
Bu gün dünyada erməni lobbisi məharətlə ictimaiyyətdə belə bir fikir formalaşdırmağa çalışır ki, Azərbaycan həm də avtoritar bir ölkə olduğundan Dağlı Qarabağ erməniləri müstəqil dövlət olaraq fəaliyyət göstərmək istəyir. Elə buna görə də müsabiqə öncəsi dünya mətbuatını məhz bu istiqamətə kökləməyə çalışdılar. Təsəvvür edin , bir gün ərzində yalnız Almaniyanın bir qəzetində Azərbaycan əleyhinə 5 məqalə dərc olundu, erməni lobbisi ABŞ-da ən yüksək səviyyələrdə görüşlər keçirtməyə start verdilər. Azərbaycan söz azadlığının olmaması kimi cəfəngiyyatlarla, Dağlıq Qarabağın müstəqilliyinin tanınması tələbi eyni vaxtda səsləndirilirdi. Bu günlər Azərbaycan diplomatiyası üçün ən ağır günlər kimi qəbul olunmalı idi. Çünki atəşkəs hər tərəfdən pozulmuşdu və bu atəşkəsə layiqli cavab vermək üçün bütün güc səfərbər olunmalı idi. Prezident İlham əliyevin dediyi kimi Azərbaycanda maraqları olan, erməni lobbisinin pulu ilə hərəkət edən bütün güclər bir mərkəzdə birləşmişdi və hədəf Azərbaycan idi. Amma Azərbaycana gələn minlərlə insan bunun tam əksini gördü və hesab etmək olar ki, erməni lobbisi bu raundda məğlub oldu.

İran tələsi

Müsabiqə öncəsi və gedişində Azərbaycan üçün həyacanlı xəbərlər elə qonşu İrandan gəldi. Xristian dünyasının mərkəzi olan Avropadan Azərbaycana mənasız basqılar gələndə gözlənilirdi ki, ən azından, İran Azərbaycana həmrəylik nümayiş etdirəcək. Amma aydın oldu ki, xristian klublarının Azərbaycana qarşı başladığı basqılara İran sadəcə dəstək verdi. Gözlənilmədən İranın dini liderləri ardıcıllıqla Azərbaycanı hədələməyə, gey-parad bəhanəsi ilə təzyiqləri artırmağa başladılar. Hətta münasibətlər o həddə çatdı ki, İran səfirini Azərbaycandan geri çağırdı. Bu artıq bir soyuq müharibənin bariz nümunəsi idi. Amma Azərbaycan bu məsələdə də güzəştə getmədi. Əksin, daha sərt bəyanatlarla çıxış edərək kimlərinsə təzyiqinə görə öz siyasi kursundan imtina etməyəcəyini bildirdi. Bu, Avropa qarşısında nə cür duruş gətirmək idisə, eyni formada da İran qarşısında prinsipiallıq nümayiş etdirmək oldu.
İranın mənasız bəyanat və təzyiqlərinə cavab olaraq təhlükəsizlik orqanları Azərbaycanda İrana məxsus 30 nəfərlik casus şəbəkəsini ifşa edərək əsl reallığı ortaya çıxartdı. Bütün bunlar müsabiqə öncəsi yaşanan çətinliklər idi. Amma nəticə yenə də Azərbaycanın xeyrinə oldu.

Müsabiqənin sevinci
və yenidənqurma
işlərinin davamı

Azərbaycan inamla müsabiqəyə start verdi. Bakı dünyanın diqqət mərkəzində, turistlərin isə heyrət obyektində idi. Gələn turistlər artıq Bakını Paris və Venesiya kimi şəhərlərlə müqayisə edir, gördüklərindən çaşqın duruma düşürdülər.
Bir tərəfdən müsabiqə sevinci, digər tərəfdən isə quruculuq işlərinin davam etdirilməsi paralel gedirdi. Müsabiqəyə bir neçə gün qalmış Kristal Zal tam istifadəyə verildi.
Aparılan müqayisələr nəticəsində aydın oldu ki, bu günə qədər dünyanın müxtəlif yerlərində keçirilən mahnı müsabiqələri üçün tikilən sarayların heç biri Kristal Zal qədər möhtəşəm olmayıb. Yüksək səviyyəli xidmət, ən müasir texnikalarla təhcizat xüsusi olaraq diqqəti cəlb edirdi.
Həmin günlərdə başqa bir sevindirici xəbər bir neçə il idi ki, inşa olunan Heydər Əliyev Mərkəzinin açılışı oldu. Bu mərkəz də unikal bir mərkəz olmaqla yanaşı, Azərbaycanın elm-mədəniyyət mərkəzinin bir simvolu kimi görünürdü.
Bir sözlə, prezident İlham Əliyevin illər öncə başladığı quruculuq işləri bu gün səmərəliliyini ortaya qoya bildi.
İçərişəhərlə Şərq dünyasının bir parçası kimi görünən Bakı yenidənqurma işlərinin nəticəsi olaraq həm də Avropanın mərkəzi kimi görünürdü. Gələn qonaqlar da etiraf edəcəkdilər ki, Bakıda bir möcüzə dünyasındadırlar. Bir tərəfdən zövqlə tikilən göydələnlər, "Alov" kompleksi , digər tərəfdən isə tarixin izlərini özündə saxlayan İçərişəhər. Amma işlər bununla tamamlanmırdı. Hətta müsabiqə gedə-gedə yeni komplekslər istifadəyə verilir, yeni uğurlar ortaya çıxırdı. Bu baxımdan son olaraq Bakı Funikulyorunun, Azneft döngəsində yeraltı piyada keçidinin açılışları, Dənizkənarı Milli Parkda abadlıq işlərinin gedişi, Dövlət Bayrağı Meydanının yaxınlığında yeni iaşə obyektlərinin inşası hamının diqqətini cəlb etdi.
Qeyd edək ki, Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin uzunluğu 54, eni 6 metrdir. Yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli Parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyləri istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək.
Bununla yanaşı, Bakı-Ələt avtomobil yolunun tikintisi, yol ətraflarının abadlaşdırılması, yeni infrastrukturun yaradılması, həmçinin Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri yekunlaşdı.

Son

Bu, əslində, son yox bir, başlanığıcdır. Həyata keçirilən uğurlu quruculuq işləri, unikal yeniliklər, müdafiə diplomatiyasından hucum diplomatiyasına keçən siyasi kursumuz üçün hələ ilkin addımlardır. Azərbaycan hələ sözünü dünyaya deyəcək.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla heç kəs zor dilində danışa bilməz. Tək bir yol var, o isə Azərbaycanın nəinki mövcudluğunu, həm də bütövlüyünü qəbul etməkdir.
İlkin Rzazadə