Teleaparıcı ilə müğənni dostdurlar, yoxsa?..
Teleaparıcı ilə müğənni dostdurlar, yoxsa?..

Onları paytaxtın mərkəzi küçəsində birlikdə gəzərkən görüblər

Milli şou-biznesin yeni cütlüyünü gecə vaxtı paytaxtda əl-ələ gəzərkən görüblər ki, bu da bəzi şayiələrə yol açıb. Əldə etdiyimiz məlumata görə, həmin şəxslər tanınmış teleaparıcı Rüfət Ağayev ilə gənc müğənni Lamiyə Novruzovadır.

Məsələ ilə əlaqədar tərəflərdən biri ilə, teleaparıcı R.Ağayev ilə əlaqə saxladıq. R.Ağayev məsələni qismən təsdiqlədi. O, Lamiyə ilə sadəcə dost olduğunu dedi:
"Münasibətimiz çox yaxşıdır. Dostluq edirik. Başqa heç bir şey yoxdur. Bir də ki, mən onun bir çox yaradıcılıq işlərinə kömək edirəm. Dostluq da, yaradıcılıq da bir neçə aydır ki, davam edir. Yəni ki, təzə dost olmuşuq. Qaldı ki həmin günə, biz çəkilişdən gəlirdik. Filarmoniya bağında idik. Oradan da bulvara gedib, yemək yedik. Daha sonra da bulvarı gəzərək şəhərin mərkəzinə keçdik və hərə öz evinə getdi. Görüşlərimiz ancaq işdən-işə olur. Dostluğun deyil, sevginin sonu ailə münasibətlərilə bitir. Biz isə dostuq!"
Teleaparıcı onu da qeyd etdi ki, müğənninin yaradıcılıq fəaliyyətində yaranan fasilənin davamı olmayacaq:
"Lamiyə verilişlərdə iştirak edəcək. Onun yaradıcılıq işlərində fasilə yaranmışdı. Bundan sonra isə fasilə olmayacaq".
Qeyd edək ki, Lamiyə Novruzova Mədəniyyət və İncəsənət Universitetini bitirib və hazırda Milli Konservatoriyada təhsil alır. O, xalq artisti Mənsum İbrahimovun tələbəsidir.